İnzibati, Biznes və İdarəetmə

Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti \ Kommunikasiya şöbəsi \ Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-27

Vəzifənin funksiyaları:

  • Mərkəzi Bankın və rəhbərliyinin fəaliyyəti üzrə press-relizlərin, sosial media məzmunlarının, zəruri hallarda video ssenarilərinin hazırlanması;
  • Yerli və xarici media gündəminin siyasi-iqtisadi məzmunlu informasiyasının izlənilməsi;
  • Mediada Mərkəzi Bank, maliyyə sektoru və əlaqəli sahələr, xarici mərkəzi banklar və maliyyə qurumlarının fəaliyyəti üzrə materiallarından ibarət icmalların hazırlanması;
  • Media məlumatları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Kommunikasiya layihələrində və təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək;
  • Mərkəzi Bankın rəsmi veb-saytının və rəsmi sosial şəbəkə səhifələrinin idarə olunmasında iştirak etmək;
  • Media sorğularının cavablandırılmasında iştirak etmək;
  • Mətbuat materiallarına dair arayışların hazırlanmasında iştirak etmək;
  • Kommunikasiya ilə əlaqəli tədbirlərin, təlimlərin və sessiyaların təşkil olunmasında iştirak etmək;
  • Vaxt idarəçiliyini səmərəli təşkil etməklə, son tarixlərə riayət etmək;
  • Komanda işində təşəbbüskarlıq nümayiş etdirmək.

Kompetensiyalar

Davranış kompetensiyaları

  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Tədqiqat aparma
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi

Texniki kompetensiyalar

  • Layihələrin idarə olunması
  • Təqdimat və yazı bacarıqları

Təcrübə

  • Kommunikasiya və ya bənzər sahədə 2 il

Təhsil

  • Ali təhsil (Beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə olunması, ictimaiyyətlə əlaqələr, yaxud bənzər sahələr üzrə təhsil)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (Arzuolunandır), Rus dili (Arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (Yüksək səviyyədə)

Əlavə tələblər

  • Çətin situasiyalarda həll yolları təqdim etmə səriştələri
  • Fərqli mühitlərdə və dəyişən layihələrdə çalışma bacarıqları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.